Nyukasl 94 ildə ilk dəfə liqada Mançester Yunayted i iki dəfə məğlub edib

14.04.2025

Apasport saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İngiltərə Premyer Liqasının 32-ci turunda "Mançester Yunayted" "Nyukasl"la matçda ağır məğlubiyyətlə üzləşib - 1:4.

Apasport.az "Squawka" nəşrinə istinadla xəbər verir ki, "Nyukasl" 94 ildə ilk dəfə bir liqada "Mançester Yunayted"ə qarşı hər iki oyunda qalib gəlib.

Xatırladaq ki, dekabrın 30-da “Old Trafford”da keçirilən ilk matçda Eddi Hounun komandası 2:0 hesabı ilə qalib gəlmişdi.

Qeyd edək ki, "Nyukasl" 56 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. 38 xalı olan "Yunayted" isə 14-cü sıradadır. 
 

"Çelsi" İngiltərə millisinin müdafiəçisini almaq istəyir Emrelidən möhtəşəm qol, "Nürnberq"dən qələbə - VİDEO “Beşiktaş” konqresində gərginlik - KEÇMİŞ PREZİDENT YUMRUQLANDI - VİDEO Yamal üçün 400 milyon avroluq təklif Messi daha 1 il ABŞ klubunda qalacaq
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью