Nyukasl Ayaks ın futbolçusu Şon Styoru heyətinə qatıb

09.07.2026

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

İngiltərənin "Nyukasl" klubu niderlandlı futbolçu Şon Styoru heyətinə qatıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

18 yaşlı yarımmüdafiəçi ölkəsinin "Ayaks" klubundan transfer olunub.

Oyunçu ilə 5 illik müqavilə imzalanıb.

Xatırladaq ki, Şon Styor "Ayaks"ın yetirməsidir. O, əsas komandada 26 oyuna çıxıb, 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью