“Nyukasl” Bakıdakı oyun üçün biletlərin qiymətini açıqladı

04.02.2026

Axar.az saytına istinadən Icma.az xəbər verir.

"Nyukasl" UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda "Qarabağ"a qarşı keçirəcəyi matç üçün biletlərin qiymətlərini açıqlayıb.

Axar.az İngiltərə klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, qiymətlər bütün yaş qrupları üzrə 18 funt-sterlinq (təxminən 40 manat) müəyyən edilib.

Təhlükəsizlik qaydalarına əsasən, 16 yaşdan aşağı şəxslər stadiona mütləq böyüklərin müşayiəti ilə daxil olmalıdırlar.

Bundan əlavə, səfərin İngiltərə futbolu tarixinə düşəcəyi qeyd olunub. Belə ki, Eddi Haunun komandası Bakıya gəlmək üçün 2 529 mil (təxminən 4 070 km) qət edəcək ki, bu da komandanın turnir tarixində ən uzun məsafədir.

Qeyd edək ki, "Qarabağ" - "Nyukasl" matçı fevralın 18-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью