Nyukasl bizə PSJ dən daha uyğun rəqibdir Bəhlul Mustafazadə

29.01.2026

Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

"Nyukasl" bizə PSJ-dən daha uyğun rəqibdir" - Bəhlul Mustafazadə

"Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə Çempionlar Liqasının Liqa mərhələsinin sonuncu - 8-ci turunda "Liverpul"a qarşı keçirdikləri oyun (0:6) və pley-offa adlamaqları barədə danışıb.

QOL.az xəbər verir ki, 28 yaşlı müdafiəçi Heydər Əlyev adına Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında məğlubiyyətdən dərs çıxaracaqlarını deyib: 

"Ümumilikdə bizim üçün yaxşı Çempionlar Liqası mövsümü oldu. Yolumuza davam edirik. "Liverpul"la oyun bizim üçün yaxşı  bir dərs olacaq. Bu oyunun faydasını gələcəkdə görəcəyik".

O, pley-offdakı potensial rəqibləri PSJ və "Nyukasl" haqda da fikirlərini bölüşüb: "Nyukasl" bizə PSJ-dən bir az daha uyğun rəqib kimi görünür. Amma hər ikisi çox güclü komandadır. Onlara qarşı layiqli mübarizə aparmağa çalışacağıq".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью