“Nyukasl” Ceyms Trafford transferində önə keçdi

28.06.2026

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İngiltərənin “Mançester Siti” futbol klubunun qapıçısı Ceyms Trafford karyerasını “Nyukasl”da davam etdirə bilər.

İdman.Biz “Football Insider”ə istinadən xəbər verir ki, “Nyukasl” 23 yaşlı qolkiperin transferində əsas namizəddir. “Aston Villa” da İngiltərə millisinin üzvü ilə maraqlanır.

Traffordun yeni klubunda əsas qapıçı olmaqla bağlı təminat istədiyi bildirilir. Onun “Mançester Siti”dəki mövqeyi Canluici Donnarummanın PSJ-dən transferindən sonra zəifləyib.

“Nyukasl” ötən yay da Traffordu heyətinə qatmağa yaxın olub. Lakin “Mançester Siti” “Börnli” ilə əvvəlki razılaşmada olan hüququndan istifadə edərək qapıçını geri qaytarıb.

Trafford hazırda İngiltərə millisinin heyətində DÇ-2026-da iştirak edir. Onun gələcəyinin turnirdən sonra dəqiqləşəcəyi gözlənilir.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью