Nyukasl dan 35 milyon avroluq transfer

24.07.2026

sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Nyukasl" heyətini yeni oyunçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Monako"dan Aladji Bambanı transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

"Nyukasl" fransalı dayaq yarımmüdafiəçisi üçün Liqa 1 klubuna 35 milyon avro təzminat ödəyib. 20 yaşlı futbolçu ilə 2031-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Aladji Bamba 2025/26 mövsümündə "Monako"nun heyətində meydana çıxdığı 23 rəsmi matçda 3 qol ötürməsi ilə yadda qalıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью