Nyukasl dan 60 milyon funt sterlinqlik təklif

21.08.2025

Sportal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Vulverhempton"un hücumçusu Yorgen Strand Larsen Premyer Liqada klubunu dəyişə bilər.

Sportal.az xəbər verir ki, "Nyukasl" norveçli forvardı transfer etmək istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

"Sağsağanlar" Strand Larsen üçün onun klubuna 60 milyon funt-sterlinqlik təklif göndərib. Klublar arasında danışıqlar davam edir.

Qeyd edək ki, "Vulverhempton" Yorgen Strand Larseni ötən ilin yayında "Selta"dan icarəyə götürüb, bu il isə 25 yaşlı forvardın transfer hüquqlarına yiyələnib. Norveç millisinin üzvü "qurdlar"ın heyətində  meydana çıxdığı 39 rəsmi matçda 14 qol və 4 məhsuldar ötürmə ilə  yadda qalıb.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью