Nyukasl dan 65 milyonluq həmlə

15.08.2026

Fanat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Nyukasl Yunayted" heyətdəki böyük itkilərin yerini doldurmaq üçün transfer pəncərəsində sürəti artırıb.

Fanat.Az "talkSPORT" nəşrinə istinadən xəbər verir ki, Bruno Gimarayeş və Sandro Tonalinin komandadan ayrılmasından sonra yaranan boşluğu doldurmaq istəyən "sağsağanlar" "Brayton"un yarımmüdafiəçisi Karlos Balebanı hədəfə alıblar.

İngiltərənin şimal-şərqində bu transferin təxminən 65 milyon funt-sterlinqə baş tuta biləcəyi danışılır.

Lakin "Brayton"un danışıqlarda sert mövqe sərgiləyəcəyi gözlənilir. Qeyd edək ki, "Mançester Yunayted" Andrey Santosu transfer etdikdən sonra Baleba yarışından geri çəkilib.

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью