Nyukasl ın paraqvaylısı MLS ə qayıtdı

30.01.2025

Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Nyukasl"dan paraqvaylı Migel Almiron İngiltərədən ayrılaraq MLS-ə üz qayıdıb.

Fanat.Az xəbər xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi "Atlanta"ya keçib.

Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.

Onunla 2027-ci ilə qədər müqavilə imzalanıb. Keçidin maliyyə təfərrüatları açıqlanmayıb. Mətbuat isə bu transferin Amerika klubuna təxminən 9,5 milyon funt-sterlinqə başa gəldiyini iddia edir.

Almiron 2019-cu ilin yanvarında "Nyukasl"a məhz "Atlanta"dan 24 milyon avroya keçib. O, 2017-2019-cu illərdə MLS klubunda çıxış edib. 

Təcrübəli yarımmüdafiəçi bu mövsüm "Nyukasl"da bütün yarışlarda 14 oyun keçirsə də, məhsuldar hərəkətləri ilə seçilməyib.

Mirağa

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью