Nyukasl Mançester Siti nin vingerini hədəflədi

08.06.2025

Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.

"Nyukasl" heyətini "Mançester Siti"nin futbolçusu Cek Qrilişlə gücləndirmək istəyir. 

QOL.az xəbər verir ki, bu barədə "talkSPORT" məlumat yayıb.

İngiltərə klubu vingeri icarəyə götürməyi planlaşdırır. 29 yaşlı oyunçunun özü isə "şəhərlilər"dəki karyera mərhələsinin başa çatdığını düşünür. "Ağ-qaralar" bu transferi gerçəkləşdirməyə ciddi şəkildə cəhd etsələr, onlar "Napoli" ilə rəqabətdə qalib gəlməli olacaqlar.

Qeyd edək ki, Cek Qriliş 2021-ci ildən bəri "Mançester Siti"də çıxış edir. O, başa çatan mövsümdə komandasının heyətində 32 oyuna çıxaraq 3 qol vurub və 5 qolun ötürməsini edib. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью