Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Nyukasl” qış transfer pəncərəsində İngiltərə millisinin və Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubunun hücumçusu Ayvan Tonini heyətinə qatmaq istəyir.
İdman.Biz xəbər verir ki, maliyyə vəziyyəti yaxşılaşan “Nyukasl” yeni futbolçuların transferinə vəsait ayırmağa hazırdır. Klub 30 yaşlı hücumçu uğrunda mübarizədə “Mançester Yunayted”i qabaqlaya bilər.
Bundan başqa, “Nyukasl”ın maliyyə imkanlarının genişlənməsi komandanın cinah müdafiəçisi Lyuis Hollun qışda satılmayacağı anlamına gəlir. İngiltərəli futbolçu da “Mançester Yunayted”in maraq dairəsindədir.
Qeyd edək ki, Toni cari mövsüm bütün turnirlərdə 17 matçda 16 qol vurub və dörd məhsuldar ötürmə edib. Hücumçu İngiltərə millisinin heyətində keçirdiyi 10 qarşılaşmada bir dəfə fərqlənib.