Nyukasl millinin ulduzuna göz dikdi

12.07.2026

Icma.az bildirir, Qol.az portalına istinadən.

"Nyukasl" millinin ulduzuna göz dikdi

"Nyukasl" "Frayburq"un və İsveçrə millisinin yarımmüdafiəçisi Joan Manzambinin transferini tamamlamağa hazırlaşır.

QOL.az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb. Onun sözlərinə görə, İngiltərə klubu yaxın vaxtlarda 20 yaşlı futbolçu və onun nümayəndələri ilə görüşərək şəxsi müqavilənin son şərtlərini razılaşdıracaq.

Bildirilir ki, "Nyukasl" və "Frayburq" transferin şərtləri ilə bağlı artıq razılıq əldə ediblər. Keçidin rəsmiləşməsi üçün yalnız Manzambinin razılığı qalır.

Qeyd edək ki, gənc yarımmüdafiəçi ötən mövsüm bütün turnirlərdə 47 oyunda meydana çıxıb, 7 qol vurub və 9 məhsuldar ötürmə edib. "Transfermarkt" portalı onun transfer dəyərini 50 milyon avro qiymətləndirir.

Xatırladaq ki, Manzambi DÇ-2026-da da uğurlu çıxışı ilə diqqət çəkib. O, İsveçrə millisinin heyətində keçirdiyi 6 oyunda 3 qol vurub və 2 məhsuldar ötürmə verib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью