“Nyukasl” möhtəşəm geri dönüşlə məğlubiyyətdən xilas oldu VİDEO

05.09.2026

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

“Nyukasl” İngiltərə Premyer Liqasının üçüncü turunda iki top fərqini aradan qaldıraraq “Bornmut”la heç-heçə edib.

İdman.Biz xəbər verir ki, “Sent-Ceyms Park” stadionunda keçirilən görüş 2:2 hesabı ilə başa çatıb.

“Bornmut” 9-cu dəqiqədə Markus Tavernyenin qolu ilə hesabı açıb. 35-ci dəqiqədə “Nyukasl”ın müdafiəçisi Malik Çau topu öz qapısına göndərərək fərqi iki topa çatdırıb.

Meydan sahibləri iki dəqiqə sonra hesabı azaldıblar. 37-ci dəqiqədə Harvi Barns fərqi minimuma endirib. Görüşün 88-ci dəqiqəsində Ceykob Remzi “Nyukasl”a heç-heçə qazandırıb.

Beləliklə, “Nyukasl” mövsümdə xallarının sayını 5-ə çatdırıb. “Bornmut” isə üç turdan sonra 2 xal toplayıb.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью