Icma.az bildirir, futbolpress-az portalına istinadən.
“Nyukasl Yunayted” “Ştutqart”ın gənc hücumçusu Nik Voltemadı heyətinə qatmaq üçün 80 milyon avro ödəməyi qəbul edib.
Futbolpress.az xəbər verir ki, “sağsağanlar” Aleksandr İsakın mümkün gedişindən yarana biləcək boşluğu doldurmaq üçün “Ştutqart”ın 198 sm boyundakı hücumçusuna yüksək məbləğli təklif göndəriblər.
Voltemad ötən il “Ştutqart”ın heyətində 33 oyunda meydana çıxıb, 17 qol 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Keçirdiyi uğurlu mövsümə görə azarkeşlərin sevimlisinə çevrilən 22 yaşlı futbolçu bir çox mütəxəssis tərəfindən boyuna görə “nəhəng”, oyun texnikasına görə isə “Messi” adlandırılır.