“Nyukasl” ondan imtina etdi

05.02.2026

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

“Nyukasl” Camal Lassells ilə yolları ayırıb.

"Football-plus.az" xəbər verir ki, İngiltərə klubunun müdafiəçisi “Lester”ə keçib. “Nyukasl” Lassellsi 2014-cü ilin yayında “Nottingem Forest”dən transfer etmişdi.
32 yaşlı futbolçu “sağsağanlar”ın heyətində meydana çıxdığı 253 rəsmi matçda 15 qol vurub və 4 məhsuldar ötürmə edib. O, bu mövsüm premyer-liqada yalnız 2 oyunda meydana çıxıb.
Qeyd edək ki, “Qarabağ”ın Çempionlar Liqasında “Nyukas”la ilk oyunu fevralın 18-də Bakıda keçiriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью