Nyukasl qərarını verdi

08.08.2026

Fanat saytına istinadən Icma.az xəbər verir.

İngiltərə Premyer Liqası təmsilçisi "Nyukasl" gənc müdafiəçisi Lyuis Holl ilə bağlı qəti mövqeyini nümayiş etdirib.

Fanat.Az "Sky Sports"a istinadən xəbər verir ki, "sağsağanlar" 21 yaşlı futbolçu üçün gələn ilkin transfer sorğularını dərhal rədd ediblər.

Klub rəhbərliyi ingiltərəli müdafiəçinin bu yay heç bir halda satılmayacağını və komandada qalacağını bəyan edib.

Futbolçuya digər komandaların ciddi marağına baxmayaraq, "Nyukasl" öz mövqeyində qətiyyətlə dayanmağa davam edir.

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью