Yeniavaz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İngiltərə Liqa Kubokunun yarımfinal mərhələsinin ilk oyununda London təmsilçisi “Arsenal” “Nyukasl Yunayted”i qəbul edib.
Yeniavaz.com xəbər verir ki, görüş qonaqların qələbəsi ilə başa çatıb – 0:2.
“Nyukasl Yunayted”in qollarını isveçli hücumçu Aleksandr İsak və ingilis hücumçu Antoni Qordon vurub.
Cavab oyunu fevralın 5-də baş tutacaq.
Qeyd edək ki, yarımfinalın digər cütlüyü “Tottenhem” və “Liverpul” arasında ilk görüş bu gecə baş tutacaq.