“Nyukasl” titulu təhvil verib Bakıya gələcək Qvardioladan 0:2 nin əvəzini çıxmaq olar?

05.02.2026

Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

Cəmi 5 dəqiqə sonra İngiltərə Liqa kubokunda ikinci yarımfinalın cavab oyunu keçiriləcək. “Arsenal” dünən cavab görüşündə də “Çelsi”ni 1:0 hesabıyla məğlub etməklə (ilk oyunda “topçular” 3:2 hesablı qələbə qazanmışdı) finala vəsiqə qazandı. Çox güman, London nəhənginin rəqibi Pep Qvardiolanın çalışdırdığı “Mançester Siti” olacaq. Səfərdə keçirdiyi ilk oyunda “Nyukasl”ın qapısından iki cavabsız qol keçirən “şəhərlilər”in bu üstünlüyü əldən verəcəyi inandırıcı görünmür. Onu da xatırladaq ki, Liqa kubokunun son qalibi məhz “Nyukasl”dı. “Qarabağ”ın Çempionlar Liqasının pley-offunda iki dəfə qarşılaşacağı “sağsağanlar” ötənilki finalda “Liverpul”u 2:1 hesabıyla məğlub etmişdi.
ORXAN

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью