“Nyukasl Yunayted” Gimarayeşə əvəzedici tapıb

04.08.2026

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

"Nyukasl Yunayted" "Borussiya Dortmund"un yarımmüdafiəçisi Feliks Nmeça ilə maraqlanır.

İdman.Biz bu barədə "L'Equipe" qəzetinə istinadən bildirir.

"Sağsağanlar" Nmeçanı "Arsenal"a keçməyə yaxın olan Bruno Gimarayeşin əvəzedicisi kimi görürlər. "Mançester Yunayted"in də Almaniya millisinin üzvü ilə maraqlandığı bildirilir.

Feliks Nmeça ötən mövsüm Dortmund klubunda 42 oyun keçirib, beş qol vurub və üç məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2030-cu ilin yayına qədərdir. Transfermarkt-dakı məlumata görə, onun bazar dəyəri 55 milyon avrodur.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью