futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Nyukasl” “Mançester Siti”nin mərkəz yarımmüdafiəçisi Niko Qonsalesin keçidini elan edib.
Futbolpress.az xəbər verir ki, 24 yaşlı ispaniyalı futbolçu “sağsağanlar”la uzunmüddətli müqaviləyə imza atıb. Mətbuatda yer alan məlumatlara görə, bu transfer “Nyukasl”a bonuslar nəzərə alınmadan 55 milyon avroya başa gəlib.
Qonsales 2025-ci ilin fevralında “Portu”dan “Mançester Siti”yə 60 milyon avro qarşılığında transfer olunmuşdu. O, ötən mövsüm “şəhərlilər”in heyətində keçirdiyi 41 rəsmi matçda 2 qolla yadda qalıb.