“Nyukasl”da gözlənilməz ayrılıq: baş məşqçi gedir

30.07.2026

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

İngiltərənin “Nyukasl” klubunun baş məşqçisi Eddi Hau komandadan ayrılmaq qərarına gəlib.

Moderator.az xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb.

Məlumata görə, ilkin mərhələdə tərəflər əməkdaşlığı davam etdirmək niyyətində olsalar da, 48 yaşlı mütəxəssis fəaliyyətinə fasilə vermək istədiyini bildirərək klubu tərk etmək qərarı qəbul edib.

Boş qalacaq baş məşqçi postuna əsas namizəd kimi 2023-cü ildən Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubunu çalışdıran 38 yaşlı alman mütəxəssis Matias Yayssle göstərilir.

Eddi Hau 2021-ci ilin noyabrından “Nyukasl”a başçılıq edirdi. Onun rəhbərliyi altında komanda 2024/2025-ci illər mövsümündə İngiltərə Liqa Kubokunun qalibi olub. Kollektiv ötən mövsüm İngiltərə Premyer Liqasını 12-ci pillədə başa vurub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью