“Nyukasl”dan qələbə, “Yunayted” YENƏ BACARMADI

11.02.2026

Apasport saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İngiltərə Premyer Liqasında XXVI tura start verilib.

Apasport.az xəbər verir ki, ilk oyun günündə 4 matç keçirilib.

“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi “Nyukasl” “Tottenhem”in qonağı olub. Görüş “sağsağanlar”ın qələbəsi ilə nəticələnib.

“Bornmut” səfərdə “Everton”dan üstün olub. Komanda 2:1 hesablı qələbəyə sevinib.

“Çelsi” “Lids Yunayted”i sınağa çəkib. 4 qolun vurulduğu görüşdə qalib müəyyənləşməyib - 2:2.

Günün son matçı Londonda keçirilib. “Vest Hem” “Mançester Yunayted”i qəbul edib. Tomaş Souçekin vurduğu qolla “çəkicdöyənlər” hesabda önə çıxıb. Lakin qonaqlar matçın son dəqiqələrində Benjamin Şeşkonun qolu ilə bərabərliyə nail olmağı bacarıb.

Bu nəticə ilə “Yunayted”in 4 oyunluq qalibiyyət seriyası qırılıb. 

İngiltərə Premyer Liqası
XXVI tur

“Tottenhem” - “Nyukasl” 1:2
“Everton” - “Bornmut” 1:2
“Çelsi” - “Lids Yunayted” 2:2
“Vest Hem” - “Mançester Yunayted” 1:1

Bundesliqa: “Bavariya”dan darmadağın “Beşiktaş” “Alanyaspor”la bacarmadı Haaland yenə səhnədə: “Siti” “Liverpul”u məğlub etdi Super Liqa: “Qalatasaray” turu qələbə ilə başa vurdu “Qarabağ”ın rəqibi öz meydanında məğlub oldu
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью