“Nyukasl”ı da ağır oyun qrafiki gözləyir

04.02.2026

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

“Nyukasl”ı da ağır oyun qrafiki gözləyir

UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Nyukasl”ı da Ağdam klubu kimi bu ay sıx oyun qrafiki gözləyir.

QOL.az xəbər verir ki, İngiltərə təmsilçisi fevral ayı ərzində, daha doğrusu bu gündən ayın 28-nə qədər 8 oyun keçirməlidir. Yəni 3 gündən bir meydana çıxmalıdır. Komanda bu oyunlardan beşini səfərdə keçirəcək.

Həmçinin oxuyun: “Qarabağ”ı gözləyən o ağır qrafik - 19 günə 6 oyun!

Bunlar İngiltərə kuboku, İngiltərə Liqa kuboku,  Premyer Liqa və “Qarabağ”la ÇL-in pley-off oyunlarıdır. 

Bu gecə (Bakı vaxtı ilə saat 00:00) İngiltərə Liqa kuboku çərçivəsində “Mançester Siti” ilə qarşılaşacaq Eddi Haunun komandası “Qarabağ”la pley-offun ilk matçından 3 gün sonra da “şəhərlilər”lə üz-üzə gələcək. 

Xəbər verdiyimiz kimi, “Qarabağ”ı da bu müddət ərzində demək olar ki, 3 gündən bir oyun gözləyir. Ancaq nəzərə alaq ki, “Nyukasl” uzun illərdir 20 komandanın mübarizə apardığı Premyer Liqada belə sıx qrafiklə çıxış edir.  

4 fevral

“Mançester Siti” – “Nyukasl”
İngiltərə Liqa kuboku, yarımfinalın cavab oyunu

 7 fevral

“Nyukasl” – “Brentford”
Premyer Liqa

 10 fevral

“Tottenhem” – “Nyukasl”
Premyer Liqa

 14 fevral

“Aston Villa” – “Nyukasl”
İngiltərə kuboku

 18 fevral

“Qarabağ” – “Nyukasl”
Çempionlar Liqası, pley-off mərhələsi (ilk oyun)

 21 fevral

“Mançester Siti” – “Nyukasl”
Premyer Liqa

24 fevral

“Nyukasl” – “Qarabağ”
Çempionlar Liqası, pley-off mərhələsi (cavab oyunu)

28 fevral

“Nyukasl” – “Everton”
Premyer Liqa

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью