Nyukasl”ı o da tərk edə bilər

09.08.2026

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu yay Sandro Tonali və Entoni Qordonu satan “Nyukasl”ı daha bir aparıcı futbolçu tərk edə bilər.
"Football-plus.az" xəbər verir ki, “Arsenal” “sağsağanlar”ın kapitanı Bruno Gimaraynşı transfer etmək üçün rəsmi təklifini göndərib. London klubu 28 yaşlı braziliyalı yarımmüdafiəçi üçün 70 milyon funt sterlinq təklif etsə də, bu təklif rədd edilib. Bildirilir ki, “Nyukasl” futbolçunun transferindən təxminən 80 milyon funt sterlinq gəlir əldə etməyi hədəfləyir. Bununla yanaşı, Gimaraynş artıq klub rəhbərliyinə “Arsenal”a keçmək istədiyini bildirib.
Xəbərdə qeyd olunur ki, transferin baş tutub-tutmayacağı “Arsenal”ın təklifini artırıb-artırmayacağından asılı olacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью