futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ” – “Nyukasl” oyunundan (1:6) sonra qonaq komandanın baş məşqçisi Eddi Hau jurnalistlərin suallarını cavablandırdı.
Futbolpress.az xəbər verir ki, mütəxəssis media nümayəndələri ilə görüşdə bunları dedi…
– Növbəti matç “Everton” və “Mançester Siti” ilə matçlar arasında olacaq. “Qarabağ”la cavab görüşünə əsas heyətlə çıxacaqsınız?
– Qarşıda “Mançester Siti” ilə oyunumuz var. Birinci bunu düşünürük.
– Elvin Cəfərquliyevin qolunu necə şərh edərdiniz?
– Qapıçımız məyus oldu. Dominant komanda idik, amma müəyyən boşluqlar verdik. Lakin qapıçımız məyus oldu.
– Penalti ilə bağlı nə deyə bilərsiniz?
– Yenidən baxanda daha yaxşı təhlil edə bilərik. Anton Qordon istəyirdi ki, ikinci qolu vursun. Bütün oyunçular komandaya kömək etmək istəyirdi.
– Azarkeşlərlə aranızda pozitiv anlar oldu.
– Qələbə önəmlidir. Azarkeşlərimizin dəstəyi böyükdür. Onların uzaq səfərə gəlib, bizə dəstək göstərməsi əladır.
– 4 qol vuran Qordonla bağlı fikirləriniz nədir?
– Çox gözəldir. İnanılmaz pressinq etdik və yaxşı əks-hücum imkanlarımız oldu.
– Ardıcıl ikinci səfər oyununda qələbə qazandınız. Komandanın 1/8 finalda olduğunu demək olar?
– Yaxşı şansımız var. “Qarabağ” burda “Çelsi”yə qarşı yaxşı oyun sərgiləmişdi. Cavab görüşündə də qələbə qazanmağa çalışacağıq.
Şahin Cəfərov