“Nyukasl”ın baş məşqçisi: “Əminəm ki, o, mövsümün əvvəlində burada olacaq”

20.07.2025

sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Nyukasl"ın baş məşqçisi Eddi Hou "sağsağanlar"ın hücumçusu Aleksandr İsakın gələcəyi ilə bağlı danışıb. Daha əvvəl bildirilmişdi ki, "Nyukasl" futbolçuya görə "Liverpul"un 139 milyon avroluq təklifini rədd edib. Baş məşqçi bununla bağlı "talkSPORT"a açıqlama verib:

"Hazırda heç bir oyunçunun gələcəyi ilə bağlı 100 faizli nəsə deyə bilmərəm. Aleksandr "Nyukasl"da xoşbəxtdir, oyunçuları, heyəti və komandanı sevir. Əminəm ki, o, mövsümün əvvəlində burada olacaq. Əvəzolunmaz bir neçə belə oyunçumuz var. İsakın komandamızda qalacağına ümidimiz itirmirik".

Qeyd edək ki, İsak ötən mövsüm bütün turnirlərdə 42 oyun keçirib, 27 qol vurub və 6 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2028-ci ilin iyunun sonuna kimidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью