“Nyukasl”ın çalışdırıcısı xəstəxanaya yerləşdirildi

12.04.2025

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

“Nyukasl” rəsmi internet saytında baş məşqçi Eddi Hounun “Mançester Yunayted”lə Premyer Liqa matçında iştirak etməyəcəyini açıqlayıb.

Futbolpress.az xəbər verir ki, Hou son günlər özünü pis hiss etdikdən sonra cümə günü axşam xəstəxanaya aparılıb. “Sağsağanlar”ın sükançısı xəstəxanada qalır və müayinələrdən keçir. O, şüurlu və yaxınları ilə təmasdadır.

Klub Eddinin vəziyyəti ilə bağlı daha ətraflı məlumat verəcək.

“Nyukasl” – “Mançester Yunayted” matçı aprelin 13-ü, Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью