Nyukaslın hücumçusu ötən ayın ən yaxşısı seçildi

10.01.2025

sport24.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İngiltərə Premyer Liqasında dekabrın ən yaxşı futbolçusu müəyyənləşib. Sport24.az az xəbər verir ki, bu barədə liqanın mətbuat xidməti məlumat yayıb.

"Nyukasl"ın hücumçusu Aleksander İsak digər həmkarlarını qabaqlayıb. İsveçli forvard 2024-cü ilin son ayında Premyer Liqada 6 oyuna 8 qol vurub, 2 qol məhsuldar ötürmə edib.

Qeyd edək ki, ayın futbolçusu adına "Liverpul"dan Məhəmməd Salah və "Çelsi"dən Koul Palmer də namizəd idi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью