futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində bu gün Bakıda “Nyukasl”ı qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşə saat 21:45-də start veriləcək.
Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyev “Futbolpress.az“a açıqlamasında görüşdən gözləntilərini bölüşdü:
“Maraqlı oyun olacaq. Düzdür, hər iki komanda pik formasında deyil. Nəzərə alaq ki, Çempionlar Liqasıdır və iki oyundan ibarət mərhələdir. “Nyukasl” son oyunlarda qələbə qazansa da, ümumi götürəndə işləri yolunda getmir, heyətlərində itkilər var. “Qarabağ” da pik formasından uzaqdır. Üç cəbhədə vuruşmaq komandanın fiziki hazırlığına təsir edib. Eyni zamanda rotasiyalardan çox istifadə edə bilmədikləri üçün yorğunluq görünür. Lakin bunlara baxmayaraq, şansları bərabər hesab edirəm”.
Cütün taleyinin İngiltərədə həll olunacağını deyə mütəxəssis “Qarabağ”ın fiziki hazırlığının hansı səviyyədə olmasının həlledici olacağını qeyd etdi:
“Düşünürəm ki, cütün taleyi Bakıda yox, İngiltərədə həll olunacaq. “Qarabağ” son iki çətin səfərdə olsa da, komandanın hazırlıq üçün vaxtı olub. Düzdür, yorğunluq var. Amma bərpa vaxtının da olduğunu nəzərə almalıyıq. “Qarabağ” üçün oyunda funksional hazırlığın səviyyəsinin yaxşı olması vacib məqamdır”.
Şahin Cəfərov