Nyusom: “Mən azad dünyanın lideriyəm”

02.10.2025

Azvision saytına istinadən Icma.az xəbər verir.

AzVision.az xəbər verir ki, Kaliforniya ştatının qubernatoru bununla bağlı “X” sosial şəbəkəsində paylaşım edib.
“İndi Vaşinqton bağlandığına görə mən, Gevin Nyusom, azad dünyanın lideriyəm”, - qubernatorun mətbuat xidmətinin səhifəsində deyilir.
Maraqlıdır ki, daha əvəvl Ağ Evin mətbuat katibi Kerolayn Livitt prezident Donald Trampı məhz belə adlandrımışdı.
Siyasətçi, həmçinin səhiyyə xidmətlərinə universal çıxış, pulsuz məktəb yeməkləri, pulsuz uşaq baxımı və s. vəd edən platformasını da dərc edib.
Reuters: “Şatdaun dolları silkələyib” Xatırladaq ki, ABŞ Federal hökumətinin işinin dayandırılması (şatdaun) oktyabrın 1-də yerli vaxtla saat 00:01-də elan olunub. Bu addım Konqres yeni maliyyə ili üçün büdcəni qəbul edə bilmədiyi üçün atılıb.
Şatdaun dövründə dövlət qurumlarına pul xərcləmək qadağan edilir, əksər dövlət qulluqçuları ödənişsiz məzuniyyətə göndərilir, funksiyaları kritik dərəcədə vacib sayılanlar (tibb işçiləri, sərhədçilər, hərbi qulluqçular, nəqliyyat işçiləri və s.) ödənişsiz işləyəcəklər.
Konqresin Büdcə idarəsinin hesablamalarına görə, hökumətin maliyyələşdirilməsinin dayandırılacağı halda 2026-cı təxminən 750 min insan işdən çıxarılacaq və nəticədə gündə 400 milyon dollar əmək haqqı itiriləcək.
Yeri gəlmişkən, “Reuters” agentliyi artıq oktyabrın 1-də ABŞ dollarının əsas valyutalara nisbətdə son bir həftənin minimum səviyyəsinə düşdüyünü yazıb.
Sahil İsgəndərov
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью