NyuYorkda bıçaqlı hücum: 2 ölü, 1 yaralı

19.11.2024

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ-nin Nyu-York şəhərindəki Manhetten adasında 3 fərqli nöqtədə bıçaqlı hücumla bağlı 2 nəfərin həyatını itirdiyi açıqlanıb.

Bakıvaxtı.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Belə ki, şəhər polisindən verilən açıqlamada Manhettendə 30-cu küçə ətrafında baş verən bıçaqlı hücumda 2 nəfərin öldüyü, bir müddət sonra isə 42-ci küçədə baş verən bıçaqlı hücumda bir qadının yaralandığı bildirilib.

Hücum zamanı yaralanan qadının yaxınlıqdakı xəstəxanada müalicə olunduğu paylaşılıb. 

Nyu-York meri Erik Adams da mətbuata açıqlamasında 51 yaşlı şəxsin sözügedən hücumlarla əlaqədar saxlanıldığını açıqlayıb.

Əli Hüseynov

 
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью