Icma.az, Metbuat saytına istinadən bildirir. 20 Yanvar 1990-cı il Sovet İttifaqı tərəfindən Bakıya edilən qanlı müdaxilənin simvolik tarixid
O gecə Sovet ordusu Bakıda dinc insanlara qarşı silahlı hücum etdi. Bakı küçələrində qorxu və qətl yaşandı, şəhər qanla boyandı.
Rəsmi məlumatlara görə, 137 nəfər həyatını itirdi, amma bu rəqəm, əslində, daha çox idi, çünki bir çox insanın ölüm səbəbi gizli saxlanıldı.
Bu hadisə həmçinin Sovet rejiminin öz xalqına qarşı nə qədər qəddar olduğunu və müstəqillik arzusunun qarşısındakı zəifliyini göstərdi.
Lakin 20 Yanvar hadisələri xalqın mübarizəsinə daha da güc verdi.
O gün Azərbaycanın müstəqillik yolundakı iradəsi misilsiz bir şəkildə formalaşdı.
Qanlı Yanvar bir xalqın öz müqəddəratını müəyyən etmək uğrunda apardığı mübarizə ilə, azadlıq uğrunda çəkdiyi böyük fədakarlıqla yadda qaldı.Baş verənləri öz obyektivindən dünyaya çatdıran məşhur fotoqraf Reza Deqatinin rolu isə danılmazdır.
Onun Azərbaycan tarixindəki bu dönəmi əks etdirən çəkilişləri dəhşətli gecənin yalnız Azərbaycanda deyil, dünya miqyasında səs salmasına köməkçi oldu.