Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.
Rahim Sterlinq tezliklə “Çelsi”ni tərk edəcək.
"Football-plus.az" xəbər verir ki, klub rəhbərliyi təcrübəli futbolçu ilə yolları ayırmağa hazırlaşır.
“Sky Sports”un yaydığı xəbərə görə, paytaxt klubu bu ay 31 yaşlı yarımmüdafiəçi ilə əməkdaşlığa son qoymağı planlaşdırır. Hazırda tərəflər arasında danışıqlar gedir. Rahimin başqa kluba keçidinin “transfer pəncərəsi” bağlanana qədər rəsmiləşməsi gözlənilir. Bir neçə gün əvvəl onun “Vest Hem”ə icarəyə getməkdən imtina etdiyi və karyerasını “Fulhem”də davam etdirmək istədiyi bildirməsi haqda xəbər yayılmışdı.
Sabiq baş məşqçi Entso Mareskanın planlarına daxil olmayan və əsas komandadan ayrı məşq edən futbolçu cari mövsümdə meydana çıxmayıb.
Sterlinqin “Çelsi” ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdi.