O, Bakıya gəlməlidir Qurban Qurbanov transferdən danışdı

01.02.2026

Sportal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Turan Tovuz"la baş tutan matçdan (1:0) sonrakı mətbuat konfransında yeni transferlə bağlı açıqlama verib.

Sportal.az xəbər verir ki, Kiprin “AEK Larnaka” klubundan Jeremi Qnalini heyətinə qatmağa yaxın olan Ağdam klubunun baş məşqçisi oyunçunun Bakıya gəlməsini gözlədiklərini bildirib. 

"Yeni oyunçu gətirmək üçün hansısa futbolçunu çıxarmalıyıq, çünki limit var. Amma, belə bir məlumat var ki, Qanali Bakıya gəlməlidir. Hələlik rəhbərliklə bu barədə ətraflı danışmamışam". - deyə Qurbanov bildirib.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью