Icma.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.
“Xankəndidə də Zəfər Muzeyi olacaq”.
Yeniavaz.com xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrikində deyib.
Prezident İlham Əliyev bildirib ki, artıq Zəfər Muzeyinin yaradılması ilə bağlı son tamamlama işləri aparılır: “Onun məkanı keçmiş icra hakimiyyətinin binasıdır, hansı ki, vaxtilə Azərbaycana qarşı təcavüzün, işğalçılıq siyasətinin beşiyi idi. O, bir şeytan yuvası idi”.