O, buna nail olan 39 cu qapıçıdır

24.08.2026

Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Misli Premyer Liqasının II turu Yusif İmanov üçün əlamətdar olub.

Fanat.Az xəbər verir ki, “İmişli”nin qapıçısı ölkə çempionatlarının yüksək dəstəsində 100-cü oyununu keçirib. “Zirə” ilə qarşılaşmada (1:3) buraxdığı ikinci top onun qapısına vurulan 100-cü qol olub.

100 oyunda 101 top buraxan İmanov üç komandada çıxış edib. 2021/22 mövsümündə debüt etdiyi “Sabah”da ümumilikdə 80 çempionat görüşündə 75 top buraxan qolkiper “Kəpəz” 18 matçda 23, “İmişli”də 2 qarşılaşmada 3 dəfə qola üzülüb.

İmanov turnirin tarixinə 100 və daha çox oyun keçirən 458-ci futbolçu kimi düşüb. O, buna nail olan 39-cu qapıçıdır.

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью