O, bunu çox da nəzakətlə demədi

09.12.2025

Icma.az, Operativ MM portalına istinadən məlumatı açıqlayır.

"Ukraynanın NATO-ya üzv olmayacağı çoxdan bəlli idi".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.

Trampın sözlərinə görə, Ukrayna prezidenti Voodimir Zelenskinin Vaşinqtonla danışıqlar zamanı ilk tələblərindən biri Ukraynanın NATO-ya üzvlüyü olub:  

"Və o, bunu çox da nəzakətlə demədi".

Bundan əvvəl Tramp bildirib ki, Zelenski Vaşinqtonun hazırladığı sülh planı ilə razılaşmalıdır.

ABŞ Prezidenti Donald Tramp Avropadakı vəziyyətin dəhşətli olduğunu və qitənin gələcəyini təhdid etdiyini bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Donald Tramp "Politico"ya verdiyi müsahibədə bildirib.

"Heç vaxt görməyəcəyiniz xəbərlər alıram. Avropada baş verənlər dəhşətlidir. İnanıram ki, bu, bildiyimiz Avropanı təhdid edir. Avropa tamamilə fərqli ola bilər".

O, Avropa ölkələrinin xalqlarının "bu barədə bir şey etməli" olduğunu söyləyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью