O çörək sənə zəhər olsun məşhur aparıcıya od püskürdü

17.05.2025

Icma.az, Milli.az saytına istinadən bildirir.

Müğənni Xuraman Şuşalı sərt açıqlamalar verib. 

Milli.Az xəbər verir ki, ifaçı onu qalmaqal bataqlığına sürükləyənlərə  od püskürüb.

Sənətçi onun adını şifarişli qalmaqalda hallandıranları Allaha həvalə edib:

"Allah hər şeyi görür, qəlblərdən agahdır. Haqsızlığı götürə bilmirəm. İnsandan belə istifadə edib, oynamayın. Damla-damla topladığımı məhv etməyin. Bir başlıqla karyerama ziyan vurursan. Bu qədər vacibdir sənə belə çörək yemək? O çörək sənə zəhər olsun. Necə yeyəcəksən? Onun halallığını məndən almalısan.

İki gündür əsəbdən özümə gələ bilmirəm. Bir də mənə bu barədə suallar verilməsin".

Xatırladaq ki, Xuraman qonaq olduğu efirlərin birində həmkarı Şəbnəm Tovuzlu ilə müqayisə olunmasına etiraz etmişdi.

Musa 
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью