futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan yığmasının hücumçusu Mahir Emreli yoldaşlıq görüşündə Andorraya qalib gəldikləri matçdan sonra jurnalistlərin suallarını cavablandırdı.
Futbolpress.az xəbər verir ki, forvard qələbədən sonra bunları dedi:
– Oyun maraqlı keçdi. İki tərəf də hücum etməyə çalışırdı. Yaxşı fərdi mübarizələr oldu. Erkən qol vurmağımız bizə çox kömək oldu. Gənclər özlərini yaxşı tərəfdən göstərə bildi. Hamı mübarizə apardı, yoldaşlıq oyunu olsa da, xüsusi matç idi. İlin son görüşü olduğu üçün qələbə qazanmaq istəyirdik.
– Ötən oyunda yaxşı performans göstərdiniz. “Rakuv”da da işlərin yaxşı getməsi performansınıza necə təsir edir?
– “Rakuv”da yavaş-yavaş oyunumuzu tapmışıq. Yeni məşqçinin sistemi komandaya daha uyğundur. Oynayan futbolçu həmişə formada qalır. Komanda zəif çıxış etsə belə futbolçudakı özünəinam hiss olunur. “Rakuv”a keçməkdə əsas məqsədim oyun praktikamın az olması idi. Oynamaq istəyirdim və şükürlər olsun, işlər istədiyim kimi gedir.
– Ötən mövsümün sonunda demişdiniz ki, yaxşı oynamadığım üçün Azərbaycana qayıtmadım. İndi isə vəziyyət düzəlib, variant olsa, gəlmək ehtimalınız olar?
– Futbolçunun hər addımı uğurlu olmur. “Kayzerslautern”ə böyük ümidlə getmişdim, amma istədiyim kimi olmadı. O cür situasiyadan sonra qayıtmaq istəmirdim. Deyəcəkdilər ki, onda da alınmadı. Qərar verəndə hansının daha faydalı olacağını çox düşünürəm. İstər Azərbaycan olsun, istər Avropanın başqa olası, istərsə də Asiya. Futbolçudan futbolçuya fərq var. Bəzən oyunçular maliyyə tərəflərini çox düşünür. Almaniyada hər şey yaxşı idi, amma oynamaq istədiyim üçün oradan ayrıldım. İndi də klubda əla atmosfer var. Bu qədər yaxşı olacağını düşünməzdim. Çalışıram ki, heyətdəki yerimi möhkəmləndirim.
Futbolpress.az
Andorra
Medianın Andorra səfəri AFFA-nın təşkilatçılığı və “Misli”nin dəstəyi ilə həyata keçirilib.
Futbolpress.az
Andorra
Medianın Andorra səfəri AFFA-nın təşkilatçılığı və “Misli”nin dəstəyi ilə həyata keçirilib.