O da ABŞ yə yollanacaq

26.07.2026

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-yə planlaşdırılan səfərindən əvvəl Təhlükəsizlik Kabinetinin təcili iclasını keçirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Times of Israel” nəşri məlumat yayıb.

Məluamta görə, təcili toplantı ABŞ Prezidenti Donald Trampın rəsmilərə İrana qarşı yeni zərbələr endirməməklə bağlı tapşırıq verməsi xəbərlərinin fonunda baş tutub.

Qeyd edək ki, Netanyahunun gələn həftənin çərşənbə axşamı Vaşinqtonda Trampla kritik görüşü nəzərdə tutulub.

Xatırladaq ki, bundan öncə Ukrayna Prezidenti Volodimir Zelenskinin də Trampla görüşəcəyi məlum olmuşdu.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью