O da Azərbaycana gəlir

01.07.2025

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev azərbaycanlı həmkarı İlham Əliyevin dəvəti ilə 2-4 iyul tarixlərində Azərbaycana gələcək.

 “Qafqazinfo” xəbər verir ki, bu haqda Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Səfər çərçivəsində Özbəkistan liderinin İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Görüşündə iştirakı nəzərdə tutulub.

Qeyd edək ki, sammitə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da qatılması gözlənilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью