O da Bakıdan paylaşım etdi Fotolar

15.11.2024

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

COP29-da iştirak etmək üçün Azərbaycana gələn Beynəlxalq Valyuta Fondunun (IMF) sərəncamçı direktoru Kristalina Georgiyeva paytaxt gəzintisindən fotolarını paylaşıb.

“Qafqazinfo” xəbər verir ki, o, bu haqda “X” hesabında paylaşım edib.

“Bakının canlı görməli yerlərindən və səslərindən həzz almaq üçün COP29 çərçivəsində bir az vaxt ayırdım. Çarpıcı memarlığından tutmuş zəngin mədəniyyətinə qədər bu qeyri-adi şəhər həqiqətən də hissləri ovsunlayır. Səfərim zamanı səmimi qonaqpərvərliyə və ruhlandırıcı ünsiyyətə görə minnətdaram!”, - qeyd olunub.




Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью