O da bürünc medal qazandı

10.04.2025

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Slovakiyada keçirilən güləş üzrə Avropa çempionatında növbəti medalçımız bəlli olub.

"Cebheinfo.az" xəbər verir ki, sərbəst güləşçimiz Ağanəzər Novruzov (74 kq) üçüncü yer uğrunda görüşdə bolqarıstanlı Avropa ikincisi və dünya üçüncüsü Ramazan Ramazanova 6:4 hesabıyla qalib gəlib. Bu, idmançımızın ilk dəfə qatıldığı böyüklərin Avropa çempionatıdır. 

Qeyd edək ki, dünən daha üç sərbəst güləşçimiz – İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq) və Kənan Heybətov (70 kq) bürünc medal qazanmışdılar.

"Cebheinfo.az" 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью