Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.
Kanal D-də yayımlanan və böyük maraqla izlənilən “Eşref Rüya” serialının çəkilişləri başa çatıb. İki mövsüm davam edən layihənin final bölümü öncəsi çəkiliş heyəti və aktyorlar bir araya gələrək serialla vidalaşıblar.
Serialda Gürdal obrazını canlandıran Necip Memilli ilk bölümdən etibarən hekayənin əsas simalarından biri kimi diqqət çəkib. Xüsusilə Eşreflə dostluq münasibəti ilə yadda qalan Gürdal personajı serialın ən önəmli xəttlərindən birinin mərkəzində yer alıb.
Çəkilişlərin tamamlanmasından sonra komanda tort kəsərək layihənin sonunu qeyd edib. Vida anlarına aid görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Necip Memilli də şəxsi sosial media hesabında serial və tamaşaçılarla bağlı duyğularını bölüşüb. Aktyor paylaşımında layihənin onun üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq, həm çəkiliş heyətinə, həm də serialı 47 həftə ərzində izləyən tamaşaçılara təşəkkür edib.
Memilli paylaşımında “Eşref Rüya” ilə vidalaşmağın hüznünü yaşadığını, eyni zamanda uğurlu bir iş ortaya qoymağın məmnunluğunu hiss etdiyini bildirib.
Leyla
Demokrat.az