O da “Fənərbağça”dan ayrıldı

19.08.2026

Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Türkiyənin "Fənərbağça" komandasının qvineyalı futbolçusu Sidiki Şerif İngiltərə klubuna transfer olunub.

Milli.Az İstanbul təmsilçisinin rəsmi saytına istinadla xəbər verir ki, "sarı-lacivərdlilər" 20 yaşlı hücumçunun keçidi ilə bağlı "Koventri Siti" ilə razılığa gəlib.

İddiaya görə, Premyer Liqa klubu bu keçid üçün Türkiyə təmsilçisinə 24,5 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, Sidiki Şerif ötən ilin fevral ayından "Fənərbağça"da çıxış edirdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью