O da Karvan Yevlaxı TƏRK ETDİ

04.06.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Daha bir oyunçu  "Karvan-Yevlax" klubunu tərk edib.

Bakıvaxtı.az bu barədə adıçəkilən kluba istinadla xəbər verir.

Məlumata görə, portuqaliyalı qapıçı Pedro Mateuş "Karvan-Yevlax" klubundan ayrılıb.

29 yaşlı qolkiperin müqaviləsinin müddəti uzadılmayıb.

Qeyd edək ki, Pedro Mateuş "Karvan-Yevlax"ın heytində 20 oyuna çıxıb.

Onu da bildirək ki, bundan əvvəl "Karvan-Yevlax" klubu futbolçusu Kayl Spenslə vidalaşıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью