Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Harri Maquayr da bir çox tanınmış futbolçular kimi Səudiyyə Ərəbistanına yollana bilər.
“Caught Offside”ın məlumatına görə, “Əl-Nəssr” və “Əl-Əhli” rəhbərliyi “Mançester Yunayted”in mərkəz müdafiəçisinə ciddi maraq göstərir. Səudiyyə Ərəbistanı klubları 32 yaşlı futbolçuya ildə təxminən 15 milyon avro məvacib təklif etməyə hazırdılar.
Maquayr “Mançester Yunayted”də 2019-cu ilin yayından çıxış edir. Ötən müddətdə bu klubla 249 oyunda meydana çıxıb, 16 qol vurub və 8 məhsuldar ötürmə edib. Müdafiəçinin klubla müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdi.