Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Avropadan Səudiyyə Ərəbistanına yollanan futbolçuların sırasına Vircil van Diyk də qoşula bilər.Bu xəbəri “Ekip” qəzeti yayıb.
Fransa nəşri niderlandlı müdafiəçinin mövsümün sonunda “Liverpul”dan ayrılmaq ehtimalının qaldığını xəbər verib.
Van Diykin “Əl-Hilal”dan cəlbedici təklif aldığı, bu klubun ona ilə 20 milyon avro maaş ödəməyə hazır olduğu bildirilib.Vircilin İngiltərə klubu ilə müqaviləsinin müddəti yayda sona çatacaq.
O, “Liverpul”la yeni müqavilə bağlayıb-bağlamayacağına mövsümün sonunda qərar verəcək.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.