O da viza ala bilmədi, matçı buraxacaq

18.06.2026

Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

O da viza ala bilmədi, matçı buraxacaq

Kot-d'İvuar millisinin hücumçusu Elye Vai Kanada vizası problemi səbəbindən DÇ-2026-nın Almaniyaya qarşı keçiriləcək oyununu buraxacaq.

QOL.az xəbər verir ki, bu barədə Kot-d'İvuar Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Futbolçu lazımi icazələri ala bilmədiyi üçün komanda ilə birlikdə Kanadaya yollana bilməyib və ABŞ-da qalaraq yığmanın qayıdışını gözləyəcək.

Qeyd edək ki, Vai Kanada vizası problemi səbəbindən dünya çempionatında oyun buraxan ikinci futbolçudur. Daha əvvəl Qana millisinin yarımmüdafiəçisi Tomas Parti də eyni problemlə üzləşib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью