Icma.az, Axsham.az saytına istinadən bildirir.
Hollivudun tanınmış simalarından olan amerikalı aktrisa Barbara Barri vəfat edib.
Axşam.az xəbər verir ki, aktrisa oktyabrın 28-də Nyu-Yorkun Manhetten bölgəsindəki evində 95 yaşında dünyasını dəyişib. O, xərçəngdən əziyyət çəkirdi.
Qeyd edək ki, Barbara uzun illər teatr, kino və televiziya sahəsində fəaliyyət göstərib. O, 1979-cu ildə ekrana çıxan “Breaking Away” filmindəki roluna görə “Oskar” mükafatına namizəd olub. Aktrisa, həmçinin “Barney Miller” və “Suddenly Susan” seriallarındakı obrazları ilə tanınıb.
Barbara 1964-cü ildə aktyor və prodüser Cey Harniklə ailə qurub. 2007-ci ildə həyat yoldaşını itirən aktrisanın iki övladı və üç nəvəsi var.